Estoniya ordusu hərbi orkestri ləğv edir

May16,2021

Estoniya Müdafiə Qüvvələri dövlət məsrəflərinin ixtisarı proqramı çərçivəsində cari ilin sentyabr ayında hərbi orkestrini ləğv etmək qərarına gəlib.

QİA.AZ  yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Qüvvələri komandanı Martin Herem bildirib. Belə ki, aprelin sonunda hökumət tərəfindən təsdiqlənmiş 2022-2025-ci illərin dövlət büdcə strategiyasına əsasən hər nazirlik məsrəflərinə azı 5 faiz qənaət etməlidir.

Həmçinin, 5 minədək hərbçinin qulluq etdiyi Müdafiə Qüvvələrində bu il 200 nəfərin ixtisarı nəzərdə tutulur.

Oxşar Xəbərlər