Etna vulkanının püskürməsi nəticəsində Kataniya şəhərinin “Fontanarossa” hava limanında uçuş və enişlər müvəqqəti olaraq məhdudlaşdırılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbiət hadisəsi səbəbindən aeroportun bir hissəsi bağlanıb.
Məhdudiyyətlər çox sayda səyahətçiyə təsir edib. İtaliyanın hakimiyyət orqanları əhalini və turistləri ölkənin cənubuna və mərkəzinə səyahətə çıxmamağı tövsiyə edib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, Avropanın ən yüksək (3324 metr) aktiv vulkanı ətrafında seysmik aktivlik artıq son bir neçə gün idi ki, pik həddə çatmışdı. Avqustun 4-ü səhər saatlarında isə vulkanda püskürmə başlayıb. Külək təxminən on kilometr hündürlüyə qalxan külü şərq və cənub-şərq istiqamətində aparıb. Kataniyada qırmızı xəbərdarlıq səviyyəsi elan olunub.
“Fontanarossa” aeroportunun operatoru hazırda tüstünün azaldığını, hava limanında işin normala döndüyünü, gecikmələrin və məhdudiyyətlərin tez bir zamanda aradan qaldırılacağını bildirib.