“Bir çox istehsalçılar icazəsi olmadan polietilen torbalar istehsal edib satırlar. Bu məsələlərə xüsusi diqqət edilməlidir”.
“QİA.AZ” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin mütəxəssis Araz Əliyev deyib.
O bildirib ki, ilkin monitorinqlərin nəticələrinə görə bir çox polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur:
“İlk tələb istehsalçılar üzərinə qoyulmalıdır. Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Qanunvericiliyin tələblərinə riayət etmək üçün insanları hazırlamaq lazımdır. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır. Bundan başqa, məhsulun markalanması da düzgün getməlidir. Bu istiqamətdə istehsalçılarla iş aparılır”.