“Eurovision” mahnı müsabiqəsi tarixində ilk dəfə olaraq iştirakçılar, media nümayəndələri və digər aidiyyəti şəxslər üçün rəsmi davranış qaydası tətbiq edir.
Qia.az xəbər verir ki, yeni qaydalar toplusu sənətçilər üçün şəraiti yaxşılaşdırmaq və bu il Malmödə keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı baş verən mübahisəli vəziyyətlərin qarşısını almaq məqsədi daşıyır.
Yeni qaydalara görə, çəkilişlərin qadağan olunduğu pərdəarxası zonalar yaradılacaq. Bəzi məşqlər bağlı qapılar arxasında keçiriləcək, məşq cədvəlləri isə sənətçilərə ev sahibliyi edən şəhərdə istirahət etmək və vaxtlarını xoş keçirmək məqsədilə uyğunlaşdırılacaq.
Bundan əlavə, təşkilatçılar hər hansı narahatlıq yaranarsa, sənətçilər və işçilər üçün əsas əlaqəli şəxs olacaq xüsusi rifah məsələləri üzrə prodüseri təyin edəcəklər. Gələn il müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək, burada bütün bu dəyişikliklər ilk dəfə tətbiq ediləcək.