Evin tək uşağı olan azyaşlı faciəli şəkildə öldü: Hadisə yerindən GÖRÜNTÜLƏR

Cəlilabad rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub.

Belə ki, kənd sakini 2021-ci il təvəllüdlü Cahid Vahabov nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.

Uşaq burada müvazinətini itirərək yerə yıxılıb.

Bunu görən qonşular dərhal hadisə yerinə gəliblər.

Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, C.Vahabov evin tək övladı olub.

Oxşar Xəbərlər