Evində koronavirus xəstələri olan valideynlər övladlarını məktəbə göndərməyə bilər

Sen 7, 2021

“Evdə koronavirus xəstəsi olan valideyn iltizam məktubu yazaraq övladını məktəbə göndərməyə bilər”.

QİA.AZ” xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, bu qərar ötən il olduğu kimi, yeni tədris ilində də keçərlidir: “Lakin pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam məktubu yazması məsələsinə baxılacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməlidir”.

Oxşar Xəbərlər