Əziz Ələkbərli: Qərbi Azərbaycan Televiziyası tarixi ədalətin bərpasında müstəsna rol oynayacaq

Qərbi Azərbaycan Televiziyası tarixi ədalətin bərpasında müstəsna rol oynayacaq.

QİA.az xəbər verir ki, bunu Qərbi Azərbaycan Televiziyası binasının açılış mərasimində jurnalistlərə açıqlama verən Qərbi Azərbaycan icmasının İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O bildirib ki, Qərbi Azərbaycan İcmasının həyatında yeni mərhələ başlayıb.

“Telekanalın yaradılmasında məqsəd Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır. Mədəni irsimizin, Qərbi Azərbaycan folklorunun, həmçinin Ermənistanın etnik təmizləmə və deportasiya siyasətinin dünyaya çatdırılmasında, tarixi ədalətin bərpasında kanal müstəsna rol oynayacaq”, – İcma sədri bildirib.

Oxşar Xəbərlər