“Trabzonspor”un “Fənərbağça”ya 3:2 hesablı məğlubiyyətindən sonra tribunadan atılaraq meydana daxil olan azarkeşlər məhkəmə binasına aparılıblar.
“Fənərbağça”nın futbolçularına hücum edən 12 azarkeşdən yeddisi saxlanılma prosedurlarından sonra məhkəməyə çıxarılıb.
Xatırladaq ki, martın 17-də baş tutan “Trabzonspor” – “Fənərbağça” qarşılaşmasından sonra meydanda böyük qalmaqal yaşanıb. “Trabzonspor”un tərəfdarları meydana atılaraq “Fənərbağça” oyunçularına və baş məşqçisinə hücum edib və zərbələr endiriblər.