Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
O olimpiya və ikiqat dünya çempionu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.
Qeyd edək ki, Fərid Mansurov 2016-cı ildə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri təyin olunmuşdu.