“Facebook” “ağıllı saat” buraxacaq

Fev13,2021
Facebook ağıllı saat

ABŞ-ın “Facebook” şirkəti “ağıllı saat” buraxmağı planlaşdırır.

“QİA”-nın məlumatına görə, həmin məhsulun gələn il bazara çıxması gözlənilir.

Qeyd olunur ki, istifadəçilər “ağıllı saat” vasitəsilə “Facebooka” məxsus platformalara (Messenger, WhatsApp, Instagram) yazı yaza biləcək. Bundan başqa, həmin saatlar fitnes və sağlamlıq vəziyyətinə nəzarət funksiyaları ilə təchiz olunacaq.

İlkin məlumatlara əsasən “ağıllı saat” “Android” əməliyyat sistemi ilə işləyəcək.

Oxşar Xəbərlər