“Facebook” və “Instagram”da yaranan problemin əsas səbəbi məlum oldu

Mar5,2024

“Facebook” və “Instagram”dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.

QİA.az xəbər verir ki, bu barədə Honq-Konq provayderi “HGC Global Communications Limited” məlumat yayıb.

Bildirilib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib.

Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir.

Artıq hücumun nəticələri aradan qaldırılır.

Bəzi proqnozlara görə, kabellər yalnız səkkiz həftədən sonra tam bərpa olunacaq.

Oxşar Xəbərlər