ABŞ-ın texnologiya nəhəngi “Facebook” şirkətinin bazar dəyəti ilk dəfə 1 trilyon dolları keçib.
“QİA.az” xarici mətbuata istinadən xəbər verir ki, bu, onun səhmlərinin ötən gün 4,2% bahalaşmasından sonra olub.
Son nəticədə sosial şəbəkənin qurucusu Mark Zukerberq bir günə sərvətini, təxminən, 5 milyard dollar artıraraq 123 milyard dollardan 128 milyard dollara çatıb və ölkənin digər texnologiya nəhəngi “Microsoft” şirkətinin qurucusu Bill Qeytsi geridə qoyaraq dünyanın 4-cü ən varlı insanına çevrilib.
“Facebook” ABŞ-da bazar dəyəri 1 trilyon dolları keçən 5-ci şirkətdir. Digər 4 şirkət “Apple” (2,3 trilyon dollar), “Microsoft” (2 trilyon dollar), “Amazon” (1,7 milyard dollar) və “Alphabaet” (“Google”, 1,7 milyard dollar) sayılır. Dünyanın digər ilk 3-lüyə düşmüş zəngin insanları isə Cef Bezos (198,3 milyard dollar), Bernard Arnault (192,1 milyard dollar) və Elon Musk (169,3 milyard dollar) hesab edilir.