FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq

Yan26,2021

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın azad edilmiş ərazilərində Azərbaycanın təyin etdiyi prioritetlər əsasında kənd təsərrüfatının inkişafına dəstək göstərməyə hazırdır.

Bunu QİA.AZ-a FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Koordinasiya Ofisindən bildiriblər.

Qeyd olunub ki, yaxın illərdə azad edilmiş ərazilərdə BMT üçün qəbulolunan mexanizmlər çərçivəsində kənd təsərrüfatının inkişafı istiqamətində işlərin başlaması planlaşdırlır: “Hazırda BMT üçün əsas prioritet bu ərazilərin minalardan təmizlənməsidir. Bununla əlaqədar olaraq Azərbaycana dəstək məqsədilə ilkin qiymətləndirmələr aparılır”.

Bundan başqa, təşkilatdan bildiriblər ki, Azərbaycan hökumətinin müraciəti əsasında BMT post-münaqişə tələbləri üzrə qiymətləndirmə işlərinin hökumətlə müzakirəsini keçirəcək: “BMT-nin dəstəyi bu ərazilərin tam təhlükəsiz olmasından sonra məcburi köçkünlərin qayıtması üçün zəruri olan prioritet istiqamətlər əsasında formalaşacaq”.

Oxşar Xəbərlər