Fatih Terimin köməkçisi “Qalatasaray”la vidalaşıb

İyn1,2021

Türkiyə “Qalatasaray”ının baş məşqçisi Fatih Terimin köməkçilərindən olan Ümit Davala klubla vidalaşıb.

“QİA.az”ın məlumatına görə, 48 yaşlı mütəxəsəssis tvitter hesabında vida mətni yayımlayıb.

O, karyerasında yeni səhifə açacağını bildirib.

Qeyd edək ki, Ümit Davala 2011 – 2013-cü illərdə və 2018-ci ildən “Qalatasaray”da işləyib. Baş məşqçi Fatih Terimin də müqaviləsi başa çatıb. Onun klubdakı taleyinə prezident seçkisindən sonra aydınlıq gələcək.

Oxşar Xəbərlər