“fDi Intelligence”: Bakı 2023-cü ildə birbaşa investisiyaların artımına görə üçüncü yerdədir

Bakı “2023-cü ildə birbaşa xarici investisiyalar (FDI) ilə ən sürətlə inkişaf edən şəhərlər” siyahısında üçüncü yeri tutub.

QİA.az bu barədə “fDi Intelligence” tərəfindən açıqlanan FDI reytinqinə istinadən xəbər verir.“

Siyahıda üçüncü yeri ötən il 2017-ci ildən bəri ən çox FDI layihələrini qeydə alan Azərbaycanın paytaxtı Bakı tutur. Bir neçə logistika sahəsində layihə ilə yanaşı, Macarıstanın “Hell Group” şirkəti tərəfindən Ələt azad iqtisadi zonasında içki üçün alüminium qutuları istehsalı zavoduna 211 milyon ABŞ dolları həcmində investisiya yatırılması planlaşdırılır”, – hesabatda qeyd edilib.

Almaniyanın cənub-qərbində yerləşən Manheym şəhəri 2023-cü ildə FDI artımına görə lider olub. Buna səbəb əczaçılıq nəhəngi “Roche” şirkəti kimi bir sıra investorların bu şəhərdə yerləşən Universitet Habında fəaliyyətlərini genişləndirilməsi ilə bağlı qərar olub.

“Ford”un Rumıniya istehsal sahəsinin yerləşdiyi Krayova şəhəri, xarici markalı pərakəndə satıcılarını cəlb edən “NEPI Rockcastle”ın 125 milyon avroluq ticarət mərkəzi sayəsində FDI artımında ikinci yeri tutub.

Oxşar Xəbərlər