Felipe Melonun yeni komandası bəlli olub

Braziliya millisinin və Türkiyə “Qalatarasay”ının sabiq futbolçusu Felipe Melonun yeni komandası müəyyənləşib.

QİA.AZ” xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ölkəsinin “Fluminense” klubu ilə anlaşıb.

Rio-de-Janeyro təmsilçisinin prezidenti Mario Bittenkurun sözlərinə görə, artıq təcrübəli oyunçu ilə razılıq əldə olunub. O, rəsmi açıqlamanın dekabrın 13-də veriləcəyini bildirib.

Qeyd edək ki, 2011 – 2016-cı illərdə “Qalatasaray”ın formasını geyinmiş Felipe Melo son olaraq ölkəsinin “Palmeyras” klubunda çıxış edib.

Oxşar Xəbərlər