“Fenerbahçe” məğlub olub

Mar15,2021
Fenerbahçe

Futbol üzrə Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir. 

“QİA.az” xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub. 

“Ərzurumspor” – “Trabzonspor” matçında hesab açılmayıb. “Ankaragücü” “Göztəpə”ni, “Qaziantep” isə “Dənizlispor”u məğlub yola salıb. 

“Fənərbaxça” isə doğma meydanda “Gənclərbirliyi” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. 

Türkiyə Super Liqası

30-cu tur

14 mart 

Ankaragücü – Göztəpə 3:0

Qol: Borven, 28; 61. E.Çekici, 63. 

Qaziantep – Dənizlispor 2:0

Qol: Dikko, 70. M.Demir, 90+5-pen. 

Ərzurumspor – Trabzonspor 0:0 

Fənərbaxça – Gənclərbirliyi 1:2

Qol: Novak, 35 – S.Aziz, 40-öz qapısına. Ayite, 63.

Oxşar Xəbərlər