Fevralın 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası keçiriləcək.
“QİA.AZ” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun Partiyası Ali Şurasının nümayəndəsi, “Vətənin qurtuluşu hərəkatı”nın əlaqələndiricisi İşxan Saqatelyan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, mitinq yerli vaxtla saat 15:00-da paytaxt Yerevanın Azadlıq meydanında başlayacaq.
İ.Saqatelyan N.Paşinyan seçkilər yolu ilə vəzifə kreslosunu xilas edə bilməyəcək: “Onun komandasında ciddi problemlər olacaq”.