Sabaha olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, fevralın 25-də Bakıda vəAbşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq. Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoz:
Fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir.