FHN-in xilasediciləri Yasamalda obyektin damından 34 yaşlı kişinin meyitini düşürüb

Dek 12, 2021

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli obyektin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə “QİA.AZ” FHN-ə istinadən xəbər verir.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun meyitini aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.

Oxşar Xəbərlər