FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

İyl30,2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola düşüb.

QİA.AZ-ın xəbərinə görə, FHN-in Dövlət Yanğın Mühafizə Xidmətinin 100 əməkdaşı Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman vilayətinə yola salınıb.

Oxşar Xəbərlər