FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla, 7 nəfər xilas edilib 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən QİA.az-a bildirilib k, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla, 7 nəfər xilas edilib, bir nəfərin meyiti təhvil verilib. Yanğınlar zamanı 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfər xəsarət alıb.

Oxşar Xəbərlər