Fici adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ olub

Fici adaları sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

QİA.AZ-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Suva şəhərindən 433 kilometr şimal-qərbdə, ocağı isə 559,1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.

Oxşar Xəbərlər