FIFA prezidenti: “Maradona futbol nağılları tarixində mühüm yer tutacaq”

Noy26,2020
FIFA prezidenti: "Maradona futbol nağılları tarixində mühüm yer tutacaq"

“Bu gün (25 noyabr-red) inanılmaz dərəcədə kədərli gündür. Dieqomuz bizi tərk etdi. Onu olduğu kimi sevən ürəklərimiz bir anlıq dayandı. Hazırda hiss etdiyimiz yeganə şey ağrıdır”.

“QİA.AZ”ın məlumatına görə, bu fikirləri FIFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

Funksioner bildirib ki, argentinalı veteran hücumçu əbədi olaraq qəlblərdə yaşayacaq: “Maradona həmişəlik bütün futbol nağılları tarixində önəmli yer tutacaq. Bu çətin vaxtda ailəsinə və dostlarına səmimi qəlbdən başsağlığı veririk. Rahat yat, Dieqo. Biz səni sevirik”.

Qeyd edək ki, Dieqo Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.

Oxşar Xəbərlər