Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcək

May5,2021 #Fikrət Qoca
Fikrət Qoca.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza “QİA.az”a bildirib ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da götürüləcək”, – o deyib.

Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Oxşar Xəbərlər