Filippində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

İyl5,2021

Filippin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarənin Xolo adası yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 52-yə çatıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Filippin HHQ-nin mətbuat katibi Edqard Arevalo məlumat verib.

Təyyarənin qəzaya uğraması zamanı hadisə yerində olan 4 mülki vətəndaş da daxil olmaqla, xəsarət alanların ümumi sayı 51 nəfərə çatıb.

Xatırladaq ki, iyulun 4-də Filippin HHQ-yə məxsus “C-130 Hercules” təyyarəsi hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 96 hərbçi olub.

Oxşar Xəbərlər