Filippində təyyarə qəzasında ölənlərin sayı artıb

İyl5,2021

Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.

QİA.AZ” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Filippin Silahlı Qüvvələri komandiri Sirilito Sobejan məlumat verib.

Onun sözlərinə görə, ölən hərbçilərin sayı 47 nəfərə çatıb. Sirilito Sobejan əlavə edib ki, qəza nəticəsində 49 hərbçi xəsarət alıb.

Xatırladaq ki, “C-130” təyyarəsi Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən yerə çırpılıb. Filippin Silahlı Qüvvələrinin qərargah rəisi general Sirilito Sobehana bildirib ki, təyyarə uçuş-eniş zolağına düşə bilməyib.

Oxşar Xəbərlər