Filippinin mərkəzindəki Luson adasında tüğyan edən “Vamko” qasırğası azı 26 insanın həyatına son qoyub.
“QİA.AZ” xəbər verir ki, bu barədə polisə istinadən “Reuters” agentliyi bildirib.
Agentliyin məlumatına görə, təbii hadisə nəticəsində son bir neçə gündə azı 14 nəfər itkin düşüb, daha 25 nəfər xəsarət alıb. Təbii hadisə zamanı habelə on minlərlə ev su altında qalıb.
Hazırda aidiyyəti orqanlar axtarış-xilasetmə tədbirləri həyata keçirir.
Daha əvvəl “CNN Philippines” telekanalı 6 nəfərin həlak olması barədə məlumat yayıb.
“Vamko” qasırğası bu il Filippində formalaşmış 21-ci qasırğadır.