Finlandiyada 28 May- Respublika Gününə həsr olunmuş bilbordlar quraşdırılıb

May28,2021

Finlandiyanın paytaxtı Helsinki şəhərinin mərkəzində dəmiryolu vağzalında və metro stansiyasında, metro , tramvay və qatarın içərisində “28 May- Azərbaycanın Respublika Günü!” şüarı yazılmış rəqəmsal lövhələr quraşdırılıb.

Bu barədə “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İri ekranlarda nümayiş etdirilən və şəhər mərkəzində insanların ən sıx olduğu yerdə quraşdırılan ekranlar Helsinki sakinlərinin, şəhərdəki turistlərin marağına səbəb olub.
Layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə həyata keçirilib.

Oxşar Xəbərlər