Finlandiya hökuməti COVID-19 vurusuna yoluxmalardakı artım ilə bağlı fövqəladə vəziyyət elan edib.
“QİA.AZ” “Reuters”ə istinadən xəbər verir ki, artıq sərhədlərini bağlamış ölkədə həmin qərar çərçivəsində həmçinin məktəbləri bağlamaq, bölgələr arasında gediş-gəlişə məhdudiyyət gətirmək nəzərdə tutulur.
“Hökumət təmasları azaltmağın zəruri olduğu qənaətindədir. Hazırda hər kəs yazın və yayın necə dönəcəyinə təsir etmək üçün fürsətə malikdir”, – deyə baş nazir Sanna Marin mətbuat konfransında bildirib.
Avropada koronavirusdan az ziyan çəkmiş ölkələrdən olan Finlandiyada indiyədək 58.064 yoluxma, o cümlədən 742 ölüm hadisəsi qeydə alınıb. Hazırda xəstəxanalarda 210 nəfər koronavirus xəstəsi müalicə olunur.