ABŞ-ın Florida ştatında avtobus qəzası nəticəsində 8 nəfər ölüb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət almış 45 sərnişin müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 8 nəfərin vəziyyəti ağırdır. Florida Yol Təhlükəsizliyi və Nəqliyyat Vasitələri Departamentinin yaydığı məlumata görə, 53 nəfər ferma işçisini daşıyan avtobus hərəkətdə olarkən qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

