Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) gələn il bir milyon artilleriya mərmisi istehsal etmək gücünə malik olduğunu deyib.
Siyasətçi müvafiq məlumatı cümə axşamı, noyabrın 30-da açıqlayıb.
Xatırlaladaq ki, Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ dövlətlərinin gələn ilin martına qədər Kiyevə bir milyon mərmi tədarük etmək vədini yerinə yetirə bilməyəcəklərini bildirib.
Bununla belə, fon der Lyayen hesab edir ki, Avropa ölkələri yenə də bu qədər sursat istehsal edə biləcəklər.
“Şərtsiz ki, Avropa İttifaqı gələn il 1 milyon mərmi istehsal edə biləcək”, – deyə siyasətçi qeyd edib.
Mənbə: osnmedia.ru