“Formula-1”: Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda keçiriləcək 2024-cü il “Formula-1” Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

QİA.az xəbər verir ki, avqust ayının 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.

Məhdudiyyətlər avqustun 13-dən 16-dək gecə saat 23:00-dan səhər saat 06:00-a qədər davam edəcək.

Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

– 13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq” kəsişməsindən “Puşkin” kəsişməsinə qədər,

– 14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov” və “Xaqani-Azadlıq” kəsişmələri arası,

– 15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani” və “Rəşid Behbudov-Xaqani” kəsişmələri arası.

Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

Oxşar Xəbərlər