“Red Bull” pilotu Maks Ferstappen “Formula 1” üzrə Azərbaycan Qran-prisində qəza törədib.
“QİA.az”ın məlumatına görə, qoruyucu səddə çırpılan niderlandlı sürücünün bolidinin arxa təkəri partlayıb. O, lider olduğu yarışa davam edə bilməyib və nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, daha əvvəl “Aston Martin”in pilotu Lans Stroll və “Alpine”dən Esteban Okon yarışa davam edə bilməyib.