İdman

“Formula 1”: İlin ən yaxşı pilotu açıqlandı

2020-ci ilin ən yaxşı “Formula 1” pilotu müəyyənləşib.

QİA.AZ  yarışın rəsmi saytına istinadən xəbər verir ki, komandaların rəhbərləri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, ilk pilləyə yeddiqat dünya çempionu Lüis Hemilton layiq görülüb. “Mercedes”in britaniyalı sürücüsü 171 xal toplayıb.

İkinci sırada 156 xalla “Red Bull Racing”in pilotu Maks Ferstappen yer alıb. “Ferrari” komandasından Şarl Lekler (132 xal) isə 3-cü olub.

Pilotların reytinqi

1. Lüis Hemilton – 171 xal

2. Maks Ferstappen – 156 xal

3. Şarl Lekler – 132 xal

4. Daniel Rikkardo – 95 xal

5. Serxio Peres – 82 xal

6. Corc Rassel – 75 xal

7. Lando Norris – 45 xal

8. Karlos Sayns – 37 xal

9. Valtteri Bottas – 27 xal

10. Pyer Qasli – 27 xal

Əlaqəli xəbər

Back to top button