“Formula 1”: Türkiyə Qran-prisi yenidən təqvimə salındı

Apr28,2021

Koronavirus pandemiyasına görə ardıcıl 2-ci dəfə ləğv olunan Kanada Qran-prisini əvəzləyəcək yarış müəyyənləşib.

QİA.AZ “Formula 1″in rəsmi saytına istinadən xəbər verir ki, yarışın bu mərhələsi Türkiyədə təşkil olunacaq.

11 – 13 iyunda nəzərdə tutulan Qran-pri, ötən il olduğu kimi, “İstanbul Park” trasında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda olacaq.

Oxşar Xəbərlər