“Formula 1″in təqvimi dəyişdi

Yan12,2021
SAO PAULO, BRAZIL - NOVEMBER 15: Sebastian Vettel of Germany driving the (5) Scuderia Ferrari SF90 on track during practice for the F1 Grand Prix of Brazil at Autodromo Jose Carlos Pace on November 15, 2019 in Sao Paulo, Brazil. (Photo by Robert Cianflone/Getty Images)

“Formula 1” üzrə dünya çempionatının təqvimində dəyişiklik olub.

“QİA.AZ” yarışın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, mövsüm 26 – 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək.

19 – 21 martda keçirilməli olan Avstraliyadakı yarış 19 – 21 noyabrda gerçəkləşəcək. Yeni təqvimə əsasən 16 – 18 apreldə İtaliyada İmola Qran-prisi olacaq.

Əvvəlki təqvimə görə 9 – 11 apreldə Çində yarış keçirilməli idi. “Formula 1” rəhbərliyi Çin Qran-prisinin təşkilatçıları ilə müzakirələri davam etdirir.

Bundan əlavə Braziliya, Səudiyyə Ərəbistanı və Abu Dabidaki yarışların tarixləri dəyişib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir.

Oxşar Xəbərlər