Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
QİA.AZ-ın məlumatına görə, Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
general-mayor ali hərbi rütbəsi
polkovnik Elçin Şirxan oğlu Adıgözəlova
polkovnik Etibar Rəsul oğlu İsmayılova
daxili xidmət general-mayoru ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasova”.