Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi – SƏRƏNCAM

Dek15,2020

Prezident İlham Əliyev dekabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

QİA.AZ-ın məlumatına görə, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:

general-mayor ali hərbi rütbəsi

polkovnik Elçin Şirxan oğlu Adıgözəlova

polkovnik Etibar Rəsul oğlu İsmayılova

daxili xidmət general-mayoru ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasova”.

Oxşar Xəbərlər