Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpasına və dialoqun inkişafına kömək edəcək.
QİA.AZ-ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla görüşü zamanı bildirib.
O deyib ki, Fransa ATƏT Minsk qrupunun həmsədri qismində Rusiya və ABŞ-la birgə tərəflər arasında birbaşa dialoqun bərpa olunması üçün hər şeyi etməyə hazırdır.
E.Makron vurğulayıb ki, sərhədyanı insidentlərlə əlaqədar delimitasiya prosesi sırf danışıqlar yolu ilə və güc tətbiq olunmadan aparılmalıdır.