Fransanın cənub-şərqindəki Var departamentinin Frejyus kommunasında baş vermiş iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb.
“QİA.az” TASS-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Bildirilib ki, iğtişaşlar şənbə günündən bazar gününə keçən gecə Qabel bölgəsində baş verib. Qanun pozucuları polisə tərəf müxtəlif əşyalar atıblar.
“Var Matin” qəzetinin yazdığına görə, onlarla gənc bir neçə avtomobili, o cümlədən patrula çıxan maşını yandırıb. Həmçinin motosiklet dükanına da ziyan dəyib.