Fransa Hərbi Hava qüvvələrinin iki “Rafale” qırıcı təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Est Republica” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, göyərtədə üç nəfər olub. Hazırda jandarm və yanğın-xilasetmə xidməti axtarış-xilasetmə əməliyyatı aparır. Pilotlardan birinin katapult olunduğu və sağ tapıldığı bildirilir. O, yaralansa da, huşunu itirməyib.
Qalan ekipaj üzvlərinin axtarışları davam edir. Qəzanın səbəbi hələlik aydınlaşmayıb.