Fransada koronavirusdan ölənlərin sayı 57 minə çatır

Dek10,2020
Fransada koronavirusdan ölənlərin sayı 57 minə çatır

Fransada COVID-19 koronavirusuna yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artmaqda davam edir.

“QİA.AZ” xəbər verir ki, ölkədə koronavirus infeksiyasına 14 595 yeni yoluxma faktı qeydə alınıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 296 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 2 324 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 56 648 nəfər vəfat edib.

COVID-19 xəstəsi olan 3 041 pasiyentin vəziyyəti ağırdır.

Oxşar Xəbərlər