Fransada pensiya islahatının qismən qanuni hesab edilməsindən sonra ölkənin müxtəlif şəhərlərində eyni vaxtda nümayişlər keçirilir.
QİA.AZ xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Paris, Lion, Renn və Nant kimi müxtəlif şəhərlərində insanlar küçələrə axışıblar.
Parisdə bələdiyyə binasının qarşısında toplaşan nümayişçilər Fransa Konstitusiya Şurasının qərarından sonra yürüş ediblər.
Respublika meydanında yürüş edən nümayişçilər küçələrdəki zibil qutularını yandırıblar. Onlar avtobus dayanacaqlarının şüşələrini sındıraraq “Paris, ayağa qalx” şüarını səsləndiriblər.
Polis etirazçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Nant şəhərində polislə nümayişçilər arasında gərginliyin artdığını, nümayişçilərin Nant valiliyinin binasına butulkalarla hücum etdiyi bildirilir.