Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub – FOTO

May10,2024

Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı siyasətçilər, iş adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Leyla Abdullayeva Azərbaycanın dahi şairəsinin həyat və yaradıcılığından danışıb. Səfir heykəlin Fransanın Evan Le Bən şəhərində uğradığı vandalizm haqqında qonaqlara məlumat verib.

Oxşar Xəbərlər