Fransada yeni Baş nazirlə bağlı sorğu keçirilib

“Harris Interactive” sorğu mərkəzi fransızlar arasında ölkənin yeni Baş naziri olaraq kimi görmək istədikləri ilə bağlı sosial sorğu keçirib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, siyahıda Fransanın bütün siyasi həyatını əks etdirən, bəziləri hələ də siyasətdə olan, bəziləri illərdir siyasət səhnəsindən uzaq qalan 35 şəxsiyyətin adları yer alıb.

Respondentlərin 40 faizi Qabriel Attalın Baş nazir vəzifəsində qalmasına üstünlük veriblər. O, populyarlıq reytinqindən faydalanır. Makronistlərin 81 faizi, Respublikaçıların (LR) 76 faizi, ekoloqların isə 49 faizi və sosialistlərin 44 faizi Q. Attalı Baş nazir vəzifəsində görmək istədiklərini bəyan ediblər. Hətta “Əyilməz Fransa” və Milli Birlik partiyalarının hər 5 üzvündən biri onun Baş nazir olmasına müsbət rəy verib.

Ksavye Bertran 39 faiz müsbət rəylə ikinci yerdə qərarlaşıb. Onu dəstəkləyənlərin 91 faizi Milli Birlik partiyasındandır.

Oxşar Xəbərlər