Fransada Yeni il gecəsi onlarla avtomobil yandırılıb

Yan1,2021

Fransanın Strasburq şəhərində xuliqanlar Yeni il gecəsi otuza yaxın avtomobili yandırıblar.

Bu barədə “QİA.AZ” “Figaro” qəzetinə istinadən xəbər verir.

Tvitterdə yayılmış kadrlarda küçədə bir neçə yanan maşın əks olunub. Şəhərdə tətbiq edilən komendant saatı rejiminə baxmayaraq, petardlarn partlayış səslərini eşitmək olar.

Hazırda bir neçə nəfər saxlanılıb.

“Amma ötən illə müqayisədə vəziyyət daha az gərgindir”, – polisdəki mənbə “Figaro” qəzetinə deyib.

Elzas regionunun paytaxtında artıq bir neçə ildir qarışıqlıqlar və avtomobillərin yandırılması halları baş verir.

Oxşar Xəbərlər