Fransalı qaçışçı Sounkamba Silla hicab geyindiyi üçün Paris Olimpiadasının açılış mərasiminə buraxılmadığını deyib.
QİA.az RİA Novosti-yə istinadən xəbər verir ki, tədbir cümə günü, iyulun 26-da baş tutacaq.
Fransada qadın idmançıların yarışlar zamanı hicab geyinməsi qanunla qadağan edilib. Bununla belə, iyun ayında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyi 2024-cü ildə Parisdə keçiriləcək Olimpiada zamanı idmançıların Olimpiya kəndində və yarışların keçirildiyi yerlərdə hicab taxa biləcəklərini bildirib.
Qeyd edək ki, 2024-cü il Olimpiadasında Silla 4×400 m məsafədə qadın və qarışıq estafet yarışlarında iştirak edəcək.