Fransalı kəndirbaz Eyfel qülləsi ilə teatr arasındakı kanat üzərindən 670 metr qət edib

Sen18,2021

Fransalı kəndirbaz Natan Polin Parisdə Eyfel qülləsindən Şayyo Milli Rəqs Teatrına qədər kanat üzərindən 670 metr məsafəni qət edib.

bu barədə Actu Paris xəbər verib.

Məlumata əsasən, tədbir Fransanın Mədəni İrs Günləri çərçivəsində keçirilib. N.Polin marşrutu 68 metr yüksəklikdəki Eyfel qülləsindən başlayıb. Bundan sonra o yolun bir hissəsini Sena çayı üzərindəki 30 metr yüksəklikdə keçib və Şayo Teatrının dam örtüyünün səviyyəsinə, 56 metr yüksəkliyə qalxıb.

Bu yolu qət etmək üçün kəndirbaz 30 dəqiqə sərf edib.

Oxşar Xəbərlər