Fransanın baş naziri Qabriel Attal bəyan edib ki, Rusiya respublika üçün birbaşa təhlükədir.
“Reallıq bundan ibarətdir ki, Rusiya bütün aspektlərdə Fransa üçün birbaşa və bilavasitə təhlükə yaradır”, – o, Senatda (respublika parlamentinin yuxarı palatası) çıxışı zamanı deyib.
Hökumət başçısının sözlərinə görə, Rusiya Fransada “dezinformasiya kampaniyaları”, Avropa ölkələrində “sabitliyi pozmaq və parçalama əməliyyatları”, həmçinin kiberhücumlar həyata keçirir.